Cəmiyyət

Əməkdar artist retro avtomobili ilə qaydaları kobud şəkildə pozdu – VİDEO

Ötən gün sosial şəbəkələrdə Əməkdar artist Cavanşir Məmmədovun yol hərəkəti qaydalarını pozan görüntüsü yayılıb.

Məsələ ilə bağlı Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli BAKU.WS-ə bildirib ki, C. Məmmədovun yol hərəkəti qaydalarını pozmasını əks etdirən videogörüntüsü ilə əlaqədar olaraq barəsində qanunamüvafiq tədbir görülüb.

***

Əməkdar artist, müğənni Cavanşir Məmmədov yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, müğənni retro avtomobilini idarə edən zaman təhlükəsizlik kəmərini taxmayıb və sükan arxasında telefonla danışıb. Müğənninin bu hərəkəti sosial şəbəkələrdə qınaq hədəfinə tuş gəlib və tənqid edilib.

Həmin görüntüləri təqdim edirik:

Back to top button