Müğənni Tacir Şahmalıoğlunun məclislərdən birinə geyindiyi qırmızı şalvar müzakirələrə səbəb olub.
Showaz.net axşam.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə video paylaşan sənətçi tənqid edilib. T.Şahmalıoğlunun yazılanlara cavabı gecikməyib.
Sənətçi video paylaşaraq “Burdan bəzi “ağıllılara” səslənirəm: Zəhmət olmasa, siz mənim geyimimə yox, sənətimə görə dəyər verin və qiymətləndirin. Qalanı üçün o gözəl beyninizi yormayın. Onu da əlavə etmək istəyirəm ki, kaş bütün qara şalvar geyinənlər kişi olardı” sözlərini bildirib.