Əməkdar artist Yusif Mustafayev efirdə aparıcı Anar Vaqifoğluna əsəbiləşib.
Hadisə sənətçinin qonaq olduğu “Xeyirli axşamlar” verilişində yaşanıb.
Y.Mustafayevin “Atam dünyasını 88 yaşında dəyişib. Onun rəhmətə getməsinin səbəbi anamın dünyasını dəyişməsi oldu. Bizim nəslimiz uzunömürlülər nəslidir. Hazırda 68 yaşım var. Bundan sonra isə Allahdan hələ 20 il də möhlət istəmişəm. Hələ iş bundan sonra başlayır” sözlərini dilə gətirib.
Sözügedən proqramın aparıcısı Anar “Sizə Xalq artisti Niyamməddin Musayev qədər ömür arzulayıram. Sizin indi 68 yaşınız var. Biz sizi 88 yaşına kimi səbr etməliyik” fikirləri Əməkdar artisti qəzəbləndirib.
Müğənninin cavabı aparıcıya gecikməyib:
“Mən kimin başına daş salmışam? Kimin çörəyini yeyirəm? Qalmağımla insanlara xeyrim dəyir. Bunun danışığına bax… Mən həssas insanam. Sənin o “səbr etməliyik” sözün xoşuma gəlmədi. Niyyətin öz və əzizlərinin başına düşsün. Xahiş edirəm, mənimlə belə zarafatlar etməyəsən. Mən “boz” adamam. Deyirsən ki, sənə hələ 88 yaşına qədər dözməliyik. Biraz az danış, imkan ver oxuyaq”.
Anar isə gərginliyi sakitləşdirmək üçün qarşı tərəfə “Hər zaman sənin özünü və sənətini tərifləmişəm” ifadələri səsləndirib.