Şou-biznes

“Hiss mənə üzrxahlıq etdi” – Rozadan hikkəli cavab (VİDEO)

“Hiss yaxınlaşdı, etiraf etdi, anladı, başa düşdü, böyüyü olaraq mənə üzrxahlıq etdi”.

Showaz.net olay-a istinadla xəbər verir ki, bunu müğənni Roza Zərgərli deyib.

Hissin onunla eyni tədbirdə səhnəyə çıxmaq istəmədiyini iddia edən müğənni məsələni aydınlaşdırdıqlarını söyləyib:

“Hiss yaxınlaşdı, etiraf etdi, anladı, başa düşdü, böyüyü olaraq mənə üzrxahlıq etdi. Hər şey əladır. Küsməmişdik. Sadəcə bir cümləyə irad bildirdim. O da geri dönüş vermədi. Real həyatda təsadüfən görüşdük, dedi ki, Roza xanım səhv başa düşmüsünüz, fikrimi düzgün izah edə bilməmişəm, mənim böyüklərimə qarşı hər zaman hörmətim var. O da kiçik olmasına baxmayaraq böyüklük etdi, halal olsun”.

Back to top button