Gündəm

“Get boşan, həyatını yaşa” deyənlərə qadağa qoyulsun – Aparıcı

“Gedib TikTok-da “get boşan, həyatını yaşa” deyənlərə qadağa qoyulsun. Buna qadağa qoya bilmirlər, bir şey olan kimi telekanallardan danışırlar”. 

Bu sözləri aparıcı Amil Xəlil verilişində deyib. O, sosial xarakterli verilişlərin tənqid edilməsindən danışıb. Amil bildirib ki, proqramında qazilərdən, ciddi problemlərdən bəhs etsə də, baxılmır:

“9 ildir bu layihə gedir. Göstərilən hadisələrin 40 faizi həllini tapıb. Bir dəfə həmin insanlar nə bizim kanal rəhbərinə, nə şuraya ki, Amil gəldi, problemi həll etdi. Amma telefona gec cavab versək, DİN-ə, Şuraya, kanala şikayət yazır. Xırdalanda neçə yolu təmir etdirdik. Hətta keçmiş icra başçısı olan qadın məni hədələmişdi. Şəhərdə nələr baş verir. Bulvarda axşamlar nələr olur, ona qadağa qoysunlar. Qurunun oduna yaş yanmasın. 

Ölkənin 82 faizi peyk kanalı izləyir, 900-ə yaxın kanal var. TikTok-da Ləmanlar, gəlinlər, deyir ki, boşanın. 30 min insan ona baxır”.

Amil verilişlərdəki ekspertlərə fikir verilməsini deyib:

“Klublarda, barlarda aparıcı edənlər veriliş aparır, ekspert kimi proqramlarda otuzdurulur. Məndən başqa qazilərin problemini kim işıqlandırır? İki həftə qaziləri topladım verilişə. Amma 421-ci veriliş oldum. Niyə baxmadınız? Getdiniz Xoşqədəmə, Zaura, Lalə Azərtaşa baxdınız. Onlar oldu birinci, ikinci, mən isə düşdüm. Burada onlardan da betər mübahisə yaradaram. Dörd kişiyə qaçan qadını otuzdurmadım burda. Bir kişini otuzdurublar beş qadın dava edir”. 

Qeyd edək ki, bir neçə gün əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar. Onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib. Qeyd edilib ki, ictimai narazılıq və narahatlıq doğuran “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır. 

Back to top button