Aprel ayının maddi məsələlərdə ən şanslı olacağı 3 bürc müəyyənləşib.
Showaz.net yenisabah.az-a istinadən astroloqların proqnozlarına əsasən həmin bürcləri təqdim edir:
QOÇ:
Qoç bürcünün maliyyə məsələlərində çox uğurlu olması danılmazdır. Səbirli və qətiyyətli cəhətləri öz təbiətlərində sərgiləsələr bunun sayəsində maddi cəhətdən bolluq onları gözləyir. Astroloqlar aprel ayında onların daha çox maddi şanslarının olacağını bildirir və qeyd edirlər ki, Qoçlar bu ayda fürsətlərdən yaxşıca yararlanacaqlar.
ŞİR:
Aprel ayı Şir bürcünün insanlarına da maddi cəhətdən bolluq-bərəkət vəd edir. Şirlər maliyyə məsələlərində diqqətli olmalı və hər şeyi dəqiq hesablamalıdırlar. Aprel ayında maddi cəhətdən daha möhkəm addımlar atıb uğur qazanmaq imkanı Şir bürcləri üçün qaçınılmazdır.
OXATAN:
Od ünsürünün son bürcü olan Oxatanlar intizamlı və planlı xasiyyətləri ilə tanınırlar. Bürc bələdçiləri Oxatanların aprel ayında maliyyə məsələləri üzrə uğur qazanıb gələcəyə doğru yaxşı addımlar ata biləcəklərini qeyd edirlər.