Şou-biznes

Anar xarici müğənniləri neçəyə BƏZƏYİR?

“Mən heç bir sənətçi dostuma, əgər yaxın dostuqsa məbləğ demirəm. Özləri 3-dən, 5-dən “konvert”ə qoyub, göndərirlər”.

Showaz.net bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri stilist Anar Ağakişiyev qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib.

O, bəzədiyi xarici ulduzlardan tələb etdiyi məbləği də açıqlayıb:

“O ki qaldı xarici ulduzlara, onları da pulsuz bəzəmirəm. Təyyarə biletimi alırlar, əlavə olaraq gün itirdiyimə görə əlavə qonorar da verirlər. Əgər işim bir günlükdürsə, 1000-1500 dollar arası (təxminən 1700-2500 manat) olur”.

Back to top button