Cəmiyyət

“Bizimləsən” verilişində daha bir BİABIRÇILIQ: maskalı qadının…

“Azad Azərbaycan” kanalında yayımlanan Zaur Baxşəliyevin “Bizimləsən” verilişində efirə qatılan qadının anonimliyi pozulub. Belə ki, qadının maskası zorla üzündən çıxarılıb və kamera qadının üzünü çəkməyə davam edib.

Mövzu ilə bağlı BiG.AZ-a danışan media eksperti Azər Həsrət bildirib ki, burada media etikası ayaqlar altındadır. Efirə çıxan şəxsin anonimliyini pozmaq həm tərbiyəsizlik, həm də qanun pozuntusudur:

“Burada media etikası ayaqlar altındadır. Bu, media deyə biləcəyimiz bir davranış deyil. Vətəndaş efirə çıxır və öz anonimliyini qorumaq istəyirsə, ona bu şərait yaradılmalıdır. Yaradılmayacaqsa, efirə buraxmaya bilərlər, amma anidən üzünü açıb göstərmək, anonimliyi pozmaq çox böyük ədəbsizlikdir. Media etikasını bir kənara qoyuram, ümumiyyətlə, ədəbsizlik, tərbiyəsizlikdir. Üstəlik qanun pozuntusudur. Bəlkə üzünü gizlədənin ciddi səbəbi var, bəlkə kimsə onu təhdid edir, axtarır, öldürmək istəyir və s. Bu baxımdan media etikası ayaqlar altındadır və ümumiyyətlə bu tip verilişlər xüsusilə gənclərin və qadınların əxlaqını pozmağa davam edir. Təəssüf ki, illərdir belə verilişlərin efirdən yığışdırılması üçün çağırışlar edirik. Bu cür düşük səviyyəli verilişlərin milli əxlaqı pozduğunu deyirik. Amma kimlərsə 3 -5 manat pul və reytinq qazanacaq deyə hələ də qalıblar və təəssüflə qeyd etmək istəyirəm ki, böyük bir tamaşaçı auditoriyasını əsir ediblər. Özünə hörmət edən televiziya kanalı bu qədər səviyyəsizlik etməməlidir. Bəli, pul qazanmaq lazımdır, amma belə səviyyəsizliklə deyil”.

Back to top button