Şou-biznes

Samir Piriyev xanımına avtomobil ALDI – VİDEO

Müğənni Samir Piriyev həyat yodaşı aparıcı Anara Fətəliyevaya avtomobil alıb. 

Showaz.net bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişində məlumat verib. 

Samir bildirib ki, xanımına evliliklərindən 13 il sonra nəqliyyat vasitəsi hədiyyə edib: 

“Xanımım Anaraya avtomobil almışam. Neçə illər idi, məndən xahiş edirdi ki, ona maşın alım. Mən isə deyirdim ki, maşın sürməyi tam öyrənəndən sonra alacağam. 2011-ci ildə evlənmişik. 13 il sonra ona maşın aldım”. 

Qeyd edək ki, bu, S.Piriyevin sayca ikinci evliliyidir. Belə ki, Samir 2007-ci il aprelin 27-də Yeganə Mansurova ilə üç il ailəli olub. Samirin ilk evliliyindən Ayşə adlı qızı, ikinci ailəsindən isə Fərəh adlı qızı və Nicat adlı oğlu var. 

Back to top button