“Gənclərin aqressivliyi yalnız tərbiyə məsələsi olmaya da bilər”.
Bunu hüquqşünas Əkrəm Həsənov son günlər yeniyetmə və gənclərin aqressiv davranışları ilə bağlı baş vermiş hadisələrdən danışarkən deyib.
“Son dövrdə süni mayalanma yolu ilə donor vasitəsilə o qədər uşaq doğulub ki… Bildiyim qədər, donorlar, bir qayda olaraq, xarici vətəndaşlar olur: yəni qadınlarımız naməlum əcnəbilərdən uşaq doğur”.
Ə.Həsənov onu da əlavə edib ki, süni mayalanma proseslərinə dövlətin hər hansı nəzarəti yoxdur!
“Kim bilir, bəlkə donorlar arasında ermənilər də var. Unutmayın, genetika böyük qüvvədir!..”, – deyə Ə.Həsənov həyəcan təbili çalıb.