İllər əvvəl “Bilirəm gələn deyilsən” mahnısı ilə məşhurlaşan müğənni Lamiyə Novruzova Türkiyədə ailə qurub.
Showaz.net bizim.media-ya istinadən bildirir ki, sənətçi 38 yaşında Uğur Piro adlı türk vətəndaşı ilə nikaha daxil olub.
Lamiyə nikahı zamanı çəkilən foto və videoları sosial şəbəkə hesabında sevənləri ilə bölüşüb.
Müğənni paylaşımına “Evlilik günümüz mübarək, eşqim” şərhini yazıb. Novruzovanın ailə qurmasına izləyicilərdən çox sayda təbriklər gəlib.
Qeyd edək ki, Lamiyə uzun müddətdir ki, Türkiyəyə köçüb. O, ötən il Kahramanmaraşda zəlzələ nəticəsində köməksiz vəziyyətdə qalan insanlara maddi yardımlar edib.