Şou- biznes

Röya bu klipinə görə 6 saat bıçaq altına girdi – VİDEO

Xalq artisti Röya Ayxan 2024-cü ildə ilk layihəsini təqdim edib.

Milli.Az xəbər verir ki, pop-kraliça 14 Fevral – Sevgililər Günü münasibətilə “Zülmətəm” adlı yeni mahnısı və klipini sevənlərinin ixtiyarına verib.

Mahnının söz və musiqisi FARİD AQA-ya məxsusdur.

Estrada ulduzu klipini bu dəfə də türkiyəli rejissor Orçun Mutluya həvalə edib. Röya Ayxan 7 obrazda kamera qarşısına keçib. O. Mutlu buna qədər sənətçinin “Ummadığım anda”, “Afaki”, “Tez gəl” kliplərini çəkib.

Ekran işi üzərində Türkiyədən olan peşəkar komanda çalışıb. Bütün geyimlər və aksessuarlar xüsusi olaraq hazırlanıb.

Mahnı və klip Röya Ayxanın yutub və bütün rəqəmsal platformalarında yerləşdirilib.

Qeyd edək ki, məhz bu layihə üçün Röya Ayxanın İstanbulda 6 saat çəkən əməliyyatı olub. Xalq artisti üz və göz nahiyəsində dəyişiklik edib.

Back to top button