Cəmiyyət

“Daha soyuna bilmirəm, abır edirəm” – Pərvin Abıyeva

“Müəyyən vaxta qədər açıq-saçıq geyinə bilirdim. Son vaxtlar elə bilirəm ki, daha da böyümüşəm, çox açıq geyinə bilmirəm”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abiyeva “Həftənin qonağı” verilişinə müsahibəsində deyib.

Abiyeva illər ərzində çox dəyişildiyini bildirib:

“2-3 il əvvəl rahat şəkildə çimərliklərə gedə bilirdim. Çimərlik geyimində cəmiyyət içinə də çıxa bilirdim. Amma artıq bunları edə bilmirəm. Utanıram, dənizə belə getmirəm. Xarici ölkədə olanda dənizə gedirəm, amma Azərbaycanda yox. Əslində məni çəkərlər deyə ehtiyat etmirəm. Abır gəlib, belə deyim. Yaşla bağlıdır və ya nədirsə, bilmirəm, amma açıq-saçıqlıqda əvvəlki kimi rahat deyiləm. Sanki, utanıram, sıxılıram”.

Back to top button