“S” Tv-də yayımlanan “Xeyirli axşamlar” verilişində maraqlı olay baş verib.
Qlobal.net Titul.az-a istinadla xəbər verir ki, Gülzar Bədirxanova adlı ifaçı efirdə toy qiymətini açıqlamaq istəməsə də aparıcının təkidindən sonra bunu yalnız onun qulağına deyəcəyinə razılıq verib.
İfaçı ona yaxınlaşan aparıcıya toy qiyməti barədə məlumat verdiyi zaman mikrafonun açıq olduğunu unudub. Beləcə, onun gizli, efirdə açıqlama istəmədiyi məlumatı hər kəs eşitmiş olub.
Bu da sözügedən kadrlar: