Azərbaycanda “WhatsApp+” istifadəçilərinə təcili xəbərdarlıq edilib.
Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşünas bildirib.
Onun sözlərinə görə, hazırda saxta “WhatsApp+” istifadə edənlərin bank hesablarından pullar oğurlanır: “Pulu oğurlananlar and-aman edib, bankları günahlandırsa da əslində “WhatsApp+”da olan arxa qapı sayəsində bank tətbiqlərinə giriş əldə edilir. Azərbaycan saxta “WhatsApp+” yüklənmə sayına görə dünyada 1-ci yerdədir. Səbəb də sadədir. Başqalarının gizliliyinə burnumuzu soxmağı sevirik. İndi isə bu maraq kütləvi şəkildə hesabların oğurlanmasına səbəb olur. “WhatsApp+” orijinal “WhatsApp”da olmayan imkanları təqdim edən saxta həlldir. Vaxtında dövlət qurumları, şəxsən mən bar-bağırırdım ki, zibil saxta tətbiqi yükləməyin. İndi zərərçəkənlər dünyadan xəbərsiz kimi Bankları günahlandırır”.