Dünya

Qadın idmançı bu yola əl atır: Dolanmaq və yarışlar üçün

24 yaşlı isveçli xizəkçi Ella Olsson maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, qadın idmançı peşəkar karyerasını davam etdirmək, özünü dolandırmaq üçün ev təmizlədiyini və kredit götürdüyünü bildirib.

“Kalle Halfvarsson bir dəfə ərzaq mağazasında kassada oturaraq daha çox pul qazanacağını söyləyib. Mənim vəziyyətimdə bu, tam olaraq belədir. Bəzən düşünürəm ki, ümumiyyətlə, karyeramı davam etdirməliyəmmi? Xizək yarışında nəticə əldə etməyəndə tamamilə məğlub olursunuz və dözülməz olur. Əgər 7 saat işləyirsinizsə və gündə dörd saat məşq edirsinizsə, demək olar ki, enerjiniz qalmır. Arzum hər zaman xizək sürə bilməkdir. Xizəkdə elitanın dolanışığı yaxşı olur. Lakin nisəbətən zəif çıxış edənlər böhran içərisindədir. İdmanımızın durumu məni narahat edir. Bizim həll etməli olduğumuz bir çox problem var. Maliyyə məsələsi, şübhəsiz ki, bu problemlərdən biridir”, – deyə Olsson “Expressen” nəşrinə açıqlamasında deyib.

Back to top button