Maraqlı

Elgiz Əkbərin yaşı sizi şoka salacaq

Bu gün ARB-nin aparıcısı,jurnalist Elgiz Əkbərin doğum günüdür.

Oxu24.com xəbər  verir ki,aparıcının bu gün 50 yaşı tamam olur.

Elgiz Əkbər 1974-cü ildə Rusiya Federasiyasının Yaroslavl vilayətində anadan olub.

Bakı kommersiya məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin qeyri-ərzaq malları üzrə əmtəəşünaslıq fakültəsində təhsilini davam etdirib.

İqtisadiyyatla bağlı məqalələrlə mətbuata gəlmiş, sonradan mədəniyyət yazarı kimi tanınıb.

 Uzun müddət saytlarda, jurnallarda redaktor müavini, qəzetlərdə isə redaktor işləyib.

2007-ci ildə ANS TV-də Bağlama verilişinin aparıcısı kimi fəaliyyətə başlayıb.

Bağlama‚ Elgizin Cümə Axşamları‚ Elgizli Axşamlar‚ Toy Olsun, Sən Tək Deyilsən Xoşqədəm Hidayətqızı ilə birlikdə, Adam içində, Günəbaxan,hazırda isə ARB TV-də Elgizlə İzlə verlişinin aparıcısıdır.

Back to top button