Friday, April 18, 2025



ən son paylaşılan

Rəşad İlyasov oğlunun FOTOSUNU paylaşıb bu sözləri yazdı – FOTO

Əməkdar artist Rəşad İlyasov oğlu Mirzə ilə bağlı diqqət çəkən paylaşım edib.

Bizim.Media xəbər verir ki, övladı ilə birgə istirahətdə çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən sənətçi onun doğum günü olduğunu yazaraq, təbrik edib.

Rəşad “Təbrik edirəm, əzizim Mirzə – 21.01.2024” qısa şərhini yazıb.

Sözgedən postda İlyasovun izləyiciləri Mirzənin atasına bənzədiyini yazaraq onu ad günü münasibəti ilə təbrik ediblər.

Qeyd edək ki, həkim-pediatr Gülnarə adlı xanımla ailəli olan Rəşad İlyasovun Leyla adında bir qızı da var.


Ən son paylaşılan

ən çox oxunan