Blog

Rusiya mediası bu azərbaycanlıdan yazır – Onlarla insanı belə qurtardı

Novosibirsk sakinləri Azərbaycandan yükləyici Rza Rzayev üçün 70 min rubldan (təxminən 1337 manat) çox pul toplayıblar. O, yanvarın 17-də istilik magistralında fasilə zamanı onlarla insanın həyatını xilas edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, şəhərin Leninski rayonu Petropavlovskaya küçəsində kommunal qəza baş verib. Hadisə şahidlərinin sözlərinə görə, 6-7-ci mərtəbəyə qədər yerdən qaynar su bulağı çıxıb. Ən yaxın küçə isti su altında qalıb. Sonradan məlum olduğu kimi, 14 nəfər yaralanıb.

Bildirilir ki, azərbaycanlı yükləyicinin fərasəti olmasaydı, daha çox insan tələfatı ola bilərdi. Rza Rzayev əvvəlcə qaynar su basan yolayrıcından ehtiyatla keçib, sonra isə insanların ondan istifadəsinə köməklik edib. Yükləyici uşaqları qucağında aparıb.

Back to top button