Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz Mirbabayeva maraqlı paylaşım edib.
OLAY yazır ki, o, instaqramda lent fotoları yerləşdirərək bu sözləri yazıb:
“Uşaq vaxtımdan “bantik” taxmağı çox sevirəm. Gəlinliyimin arxasında da böyük bir “bantik” var idi. Hüseynə hamilə olanda özüm böyük bir “bantik” idim. Elə baldızlarım adımı “bantik” qoymuşdular. Gördüyünüz kimi, o vaxtdan heç nə dəyişməyib”.