“Gözəlçə” filmi ilə şöhrət qazanan Oskar mükafatçısı Culiya Roberts təbəssümü və gözəlliyi ilə adını Hollivudun əfsanələri sırasına yazdırıb. Məşhur ad son müsahibəsində gənclik və gözəllik sirrini açıqlayıb.
Hollivud ulduzu Culiya Roberts “Vogue UK” jurnalının son buraxılışının üz qabığında olub. Şəxsi həyatından danışan məşhur yaşına meydan oxuyan görünüşü ilə bağlı açıqlama verib.
“ÜZÜMÜZDƏ QIRIŞ YOXDUR”
56 yaşlı Roberts, “Dəyişmədiyimi demirəm” dedi, Çünki Tom Henkslə gəncliyimizdə çəkdirdiyimiz fotomuzu gördüm və üzümüzdə qırışlar yox idi”.
Gənc görünüşünü nəyə borclu olduğu sualına Roberts, “Yaxşı genlər, xoşbəxt həyat sürmək və həyat yoldaşım Denni Moder ” cavabını verib .
“ƏRİMİN MƏNİ SEVDİYİNƏ İNANIRAM”
Məşhur , “Ərimin məni çox sevdiyinə və məni çox xoşbəxt edəcək şəkildə qayğıma qaldığına inanıram. Və xoşbəxt bir insan görəndə onun yaşının fərqi yoxdur” deyib.