Bakıda 4 yaşlı uşaq 53 ədəd maqnit oyuncaq udub.
Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Qeyd edilib ki, azyaşlı bir ay bağırsağında həmin oyuncaqlarla yaşayıb.
“Təbii ki, bu, uşağın həyatını riskə atırdı. Məcburi cərrahi əməliyyat qərarı verildi. Bağırsaq divarı kəsilərək 53 ədəd təhlükəli maqnit nəhayət ki, 1 ay sonra çıxarıldı. Hal-hazırda uşağın vəziyyəti yaxşıdır, yaxın günlərdə evlərinə yola salınacaq”, – deyə məlumatda qeyd olunur.