Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın olub.
Referans.az xəbər verir ki, əraziyə FHN-in əməkdaşları cəlb edilib. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğının binanın dördüncü mərtəbəsində 35 kv.m sahədə olması müəyyən olunub. Binanın 3 və 4-cü mərtəbəsində olan personal, körpələr və analar təxliyyə olunub. Hazırda araşdırmalar gedir.
Vurğulanıb ki, hadisənin ilkin səbəbi hələlik bəlli deyil.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov da hadisə yerinə gəlib. Qurumdan bildirilib ki, 50-yə qədər körpə və qadın təxliyə edilib.
Qeyd olunub ki, yanğın nəticəsində xəsarət alan olmayıb.
“1 nəfər – Respublika Perinatal Mərkəzinin mühafizəçisi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi xidmət göstərilir. TƏBİB rəhbərliyi hadisə yerindədir”, – TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova deyib.
Yanğınla bağlı polis əməkdaşları dərhal hadisə yerinə səfərbər edilməklə təhlükəsizlik tədbirləri görülüb.
Ərazi tam mühafizəyə götürülməklə polis əməkdaşları təxliyyə – xilasetmə tədbirlərində fəal iştirak ediblər.
Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilir.