“Bakıda saysız-hesabsız, illərlə qapısı açılmayan mənzillər var. Elə məmur var, onun bəlkə 200 evi var Bakıda. Dövlət həmin mənzilləri alıb, evsiz-eşiksiz, adamlara, şəraiti olmayan sənətçilərə, ziyalılar paylamalıdır”.
Bu sözləri açıqlamasında tanınmış kinorejissor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.
“İnsanlar evsiz-eşiksiz, küçələrdə, kirayələrdə ömür çürüdürlər. Bu necə ola bilər ki, bir tərəfdə boş mənzillər, o biri tərəfdə həmin boş mənzil üçün bir ömür işləyən, sağlamlığını itirən adamlar…
Bir araşdırılsın, o boş mənzillər kimlərə məxsusdur? Hansı məqsədlə, hansı pullarla alınıb. Açın qapıları paylayın da camaata bu evləri”