“Mənim yardımlarıma da irad bildirirlər. Günahkar hesab edirlər ki, nə üçün kiməsə hörmət edirəm, ya da nəsə. Mənim “zibil işim”, qaranlıq keçmişim yoxdur. Gözünüzün qarşısında olmuşam. Belə qaranlıq keçmişim yoxdur ki, kiməsə pul verim nəsə edim. Sadəcə yazığım gəlir. Ehtiyacı olan insana etmişəm, ethiyacı olmayana yox. Bunlar da onlara ağır gəlir ki, Nazənin niyə bizdən fərqlidir? Onları ağrıdır ki, niyə məni tərifləyirlər, onları yox? Paxıllıq budur. Onları bu öldürür”.
Bu sözləri müğənni Nazənin müsahibəsində bildirib.