Maraqlı

Şenol Güneş Azərbaycan millisinin məşqçisi olacaq? – Özü açıqladı

Azərbaycan millisinin baş məşqçi postuna ən real namizədlərdən biri kimi göstərilən Şenol Güneş səssizliyə son qoyub.

Qaynarinfo xəbər verir ki, tanınmış türkiyəli mütəxəssis “Sportinfo”ya dolayısı yol ilə təklif aldığını deyib:

“Hazırda Avstriyada istirahət edirəm. Azərbaycanın milli komandasında çalışmaqdan qürur duyaram.

Müəyyən adamlar vasitəsilə təkliflər gəlib. Rəsmi dəvəti gözləyirəm, oturub detallı danışmaq lazımdır.

Azərbaycan futbolu yüksəlişdədir. Xeyirlisi deyək, qismət olarsa, millinizi çalışdırmaqdan qürur duyaram”.

Back to top button