Şou-biznes

“Məndə olan qeyrətin 3 faizi sizdə olsaydı…” – Roza Zərgərli

Müğənni Roza Zərgərli “Təsir dairəsi” verilişinə qatılan yaşlı qadını atan övladına əsəbiləşib.

“Özüm maşına qoyub gətirəcəyəm Gəncəyə. Qadınlığımla məndə olan qeyrətin 3 faizi sizdə olsaydı, ananıza sahib çıxardınız. Anan sağdır, dörd övlad dünyaya gətirib. Onlar anaya sahib çıxmırlar” deyə, sənətçi ona etiraz edib.

Övladı tərəfindən atılan qadın proqrama gələrək, yardım istəyib və qocalar evinə yerləşdirilməsini xahiş edib. Yaşlı qadının oğlu Malik efirə zəng edib. İfaçı ondan anasını gəlib götürməsini istəyib. O isə gələ bilmədiyini, onun özünün maşına oturub Gəncəyə qayıtmasını deyib.

Back to top button