Cəmiyyət

“Nəslin-kökün içində hörmətim var, Nəfəsi niyə alım?!”

Müğənni Pünhan Piriyevin aparıcının “Nəfəslə ailə qur” deməsinə verdiyi cavab  birmənalı qarşılanmayıb.

Yenisabah.az xəbər verir ki, “Həmin Zaur” verilişinin qonağı olan ifaçı həmkarı Nəfəslə ailə qurmaq istəmədiyini bildirib:

“Nəfəsi alan alıb artıq. Onu alıblar, həm də yaşım azdır. Təzədən Nəfəsi niyə alım ki?! Yaxşı, Zaur, sən Allah, nəslin-kökün içində hamının mənə hörməti-izzəti var. Müğənni almaram. Qardaş, müğənni almıram! Nəfəsi niyə alım, o dostumdur. Sən aranı qızışdırırsan. Nəfəsi alan alıb, toyu olub, mən təzədən onu necə alım?”

Zaur Kamal isə cavabında Nəfəsin subay olduğunu deyib:

“Nəfəs subaydır. Allah bəxtini-taleyini gözəl etsin. Heç gör Nəfəs sənə gələrmi?”

Back to top button