Dünya

“Ərim Tahir məni başqa kişilərə satırdı” – FOTO

Türkiyənin Eskişehir bölgəsində gənc qadın ərini ürəyindən bıçaqla qətlə yetirib.

26 yaşlı Sibel Yıldız boşanmaq istədiyi əri 35 yaşlı Tahir Yıldıızı öldürüb. O, qəsdən adam öldürmə maddəsi ilə həbs olunub. İlkin araşdırma zamanı məlum olub ki, o, bu hərəkəti icra edərkən özündə olub.

Qadın ilkin ifadə zamanı bunları deyib: “Ərimdən daha əvvəlcədən boşanmaq istəyirdim, amma o məni uşaqları göstərməyəcəyi ilə qorxudurdu. Evə başqa kişilər gətirib, məni onlara satırdı. Həmin gün ərimlə boşanma üstündə dava edirdik. Bıçağı birinci o götürdü. Onu zərərsizləşdirmək istəyəndə bıçaqla ürəyinə bir dəfə zərbə endirdim.”

Sibel Yıldız 3 uşaq anası olduğunu bildirərək məhkəmədən bəraət verilməsini istəyib, əks halda həbsinin ev dustaqlığı ilə əvəz olunmasını dilə gətirib.

Back to top button