Cəmiyyət

“Sənin çöldə nə işin var ki, kişi səni…” – Elnarə əsəbiləşdi

“Bir Azərbaycan kişisinin mənə qarşı artıq-əskik danışdığını görməmişəm. Nə də mənə artıq-əskik təklifi görmədim. Mən bütün azərbaycanlı kişilərinə qeyrətli baxıram. Çünki mənimlə qeyrətlə davranırlar”.

Bu sözləri Əməkdar artist Elnarə Abdullayeva qonaq olduğu “Düzünə qalsa” verilişində deyib.

Sənətçi xoşaqəlməz həyat tərzi keçirən qadınları sözləri ilə yerdən yerə vurub: “Həyatda məcburu heç nə yoxdur. Bizim xalqın kişiləri qeyrətli, vicdanlıdır. Kişi əsəbiləşib çıxıb gedə bilər çölə. Çöldə o kişi qız, qadın görməsə, qoltuğuna pişiyi, çaqqalı vurub aparmayacaq ki, harasasa… Çıxıb, əsəbiləşib yenidən qayıdacaq evinə. Ortalığı qarışdıran isə qadındır. Ay qadın, sənin axı çöldə nə işin var ki, kişi səni götürüb harasasa aparır? Hə? Niyə? Niyə axı sən özünü bu günə qoyursan? Mən bu cür qadınları qınamıram, onlardan ötrü ağlayıram. Niyə axı bir qadına kişilər altdan-yuxarı və ya yuxarıdan-aşağı baxmalıdır?  Olmaz ki, çətin yaşayın, amma qürürla yaşayın və özünüzdən muğayat olun?!”

Back to top button