Gündəm

Hacı Şahinin məzar daşının hazır olmamasının səbəbi nədir?

Tanınmış ilahiyyatçı, Məşədi Dadaş məscidinin mərhum imamı Hacı Şahin Həsənlinin vəfatından 7 ay ötməsinə baxmayaraq məzar daşı hələ də hazır deyil.İslam adətlərinə görə isə, şəxs vəfat etdikdən 40 gün sonra qəbirüstü abidəsi qoyulmalıdır. 

Məsələ ilə bağlı Hacı Şahinin köməkçisi olan Qədir bəy News24.az-a açıqlamasında bildirdi ki, bu məsələ ilə məşğul olmur.

Qafqaz Müsəlmanlar İdarəsindən isə bildirildi ki, bu, ailəvi məsələdir və QMİ buna qarışa bilməz:

“QMİ-nin əməkdaşı olub, dünyasını dəyişib. Allah rəhmət etsin. Məzar daşının qoyulması isə QMİ-nin səlahiyyətində deyil. Bu ailə məsələsidir”.

Xatırladaq ki, tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli bu ilin mart ayında ürəktutmasından dünyasını dəyişib.

Back to top button