Şou-biznes

Teleaparıcı təcili xəstəxanaya yerləşdirildi – FOTO

Məşhur aparıcı Çağla Şıkel zəhərlənib.

Publika.az Türkiyə mediasına istindən xəbər verir ki, Çağlanın FOX TV-də yayımlanan “Çağla Şıkel ilə” verilişinə çıxa bilməməsi narahatlıq doğurub. Məlum olub ki, aparıcının səhhətində problem yarandığı üçün efirə fasilə verməli olub.

Çağla Şıkel xəstəxana otağında çəkdirdiyi fotonu İnstaqram hesabında paylaşıb:

“Yayım olmadığı üçün soruşan çox olur. Şənbə günü qidadan zəhərləndim. O gündən müalicə alıram. CRP hələ tam düşməyib. Maraqlanan və narahat olan hər kəsə təşəkkür edirəm. Su içmədiyim və yaxşı qidalanmadığım üçün mənə əlavə sistem verildi. Hələ bir az yüksək olan CRP-ni aşağı salmaq üçün antibiotik istifdə etməyə başladıq. Çox inanclıyam, sabah yaxşı oyanacağam”, – ulduz qeyd edib.

Back to top button