Gündəm

“10 gün vaxt verilir, ödəməsələr maaş və pensiyalarından tutulacaq” – Vətəndaşlara XƏBƏRDARLIQ

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi qayda pozuntusuna yol verdiyi üçün cərimələnən piyadalara xəbərdarlıq edib.

Savash.org xəbər verir ki, bu barədə idarənin rəsmisi, polis mayoru Araz Əsgərli danışıb.

Hazırda Bakı şəhərində piyadalar tərəfindən edilən 17 mindən artıq qayda pozuntusu qeydə alınıb və bu onların cərimələri ödənilməyib.

Araz Əsgərli deyib: “Cəriməsi olan şəxslərlə bağlı artıq müvafiq orqanlara müraciət edilib. Həmin şəxslər məsuliyyətsizliyə davam etsələr müxtəlif çətinliklərlə üzləşə bilərlər. Misal üçün ölkədən çıxış yaxud hansısa proses keçirərkən yaranmış öhdəliklərinə əsasən müəyyən məhdudiyyətlərlə qarşılaşacaqlar. İcra şöbələri həmin vətəndaşlara borcu ödəmək üçün 10 gün vaxt verir. Ödəməsə artıq məcburi icra tədbirləri görülür. Cərimələrin ödənməsi vətəndaşın pensiya, əmək haqqı və digər formada bank kartına yönləndirilir”.

Back to top button