Hadisə

Azərbaycanda ata və oğuldan DƏHŞƏTLİ HƏRƏKƏT: Namus üstündə həmkəndlisinə zorla… – FOTO

Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən Sakit Mustafayev və onun oğlu Qabil Mustafayevin (hər ikisinin ad, soyadı şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Sfera.az xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, protest təmin edilməyib.

Lerik Rayon Məhkəməsinin hökmü ilə Sakit Mustafayevin aylıq qazancından hər ay 15 % dövlət nəfinə pul tutulmaqla o, 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Qabil Mustafayev isə 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasının təyin olunub. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi protesti təmin etməyib. İttihama görə, Qabil Mustafayevin arvadının mobil telefonuna həmkəndliləri mütəmadi olaraq zənglər edib. Bununla bağlı olaraq ata və oğlu zərərçəkmiş Xəlil Əsgərovu (şərti) cəzalandırmaq qərarına qərarına gəliblər.

Bu məqsədilə onlar 14 iyul 2022-ci il tarixdə, saat 17-18 radələrində xuliqanlıq niyyəti ilə zərərçəkmişin bədəni üzərində sol baldır, sol iç topuq, sağ dirsək nahiyələrində sıyrıqlarla nəticələnən və sağlamlığına zərər vurmayan xəsarətlər yetirib. Daha sonra Sakit və Qabil Xəlilin əyninə zorla qadın alt paltarları geyindirərək “VAZ-2121” markalı avtomobillə yaşadıqları kənddən Lerik şəhərinin “Avtovağzal” adlanan ərazisinə gətirib. Həmin şəxslər orada kütlə olan yerdə Xəlili buraxıb, ünvanına nalayiq ifadələr işlədiblər. (Pravda.az)

Back to top button