Azərbaycan vətəndaşlarının HƏMAS terror qruplaşması tərəfindən əsir götürülməsi barədə iddialar yayılıb. İddialara görə, terrorçular İsraildə 14 Azərbaycan vətəndaşını əsir götürüb, 3 nəfəri öldürüblər, 1 nəfər isə itkin düşüb.
Sözü gedən xəbəri dəqiqləşdirmək üçün Azərbaycanın İsraildəki səfirliyi ilə əlaqə saxladıq.
Səfirlikdən News24.az-a verilən açıqlamada bildirildi ki, iddialar əsassızdır:
“Azərbaycan vətəndaşlarının İsraildə əsir düşməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayib”.