İsrailin Baş naziri Benyamin Netanyahu video vasitəsilə bəyanat verərək bildirib:
“Çox yaxın vaxtda İsrail Hərbi Hava Qüvvələrinin təyyarələrini Tehran səmasında görəcəksiniz – biz Ayətullahlar rejiminin hər bir obyektinə və hədəfinə zərbə endirəcəyik.”
O, “Məqsədimiz İrandan gələn ikili təhdidi – həm nüvə, həm də ballistik raket təhlükəsini – aradan qaldırmaqdır. Biz artıq 90-cı dəqiqədə idik. İranın nüvə komandaları atom bombaları – İsrailin məhvi üçün nüvə silahları – yaratmaq üçün yarışa girmişdi.”