Tuesday, June 10, 2025



ən son paylaşılan

Sənədsiz evi olanların nəzərinə! – 450 minə yaxın ev… VİDEO

Təkcə paytaxt və Abşeron rayonunda 450 minə yaxın sənədsiz ev var. Vaxtilə müxtəlif təyinatlı torpaq sahələrində tikilən, amma sənədsiz qalan minlərlə evlərin sahibləri çıxarış ala bilmədikləri üçün müxtəlif çətinliklərlə üzləşirlər.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, həmin evlərin çoxu vaxtilə tikilənlərdir.

Bu problemin qarşısını almaq məqsədilə bir il əvvəl “əmlak amnistiyası” tətbiq olunacağı deyilmişdi.

Ekspert bildirib ki, bu layihə vətəndaş üçün sosial baxımdan çox önəmlidir. Sənədsiz evlərin sayının çox olması əmlak bazarında süni qiymət artımına da səbəb olur. Amma eyni zamanda, burada digər ciddi problemlər də var.

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, “Daşınmaz əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin sənədsiz evlərlə hər hansı bağlılığı yoxdur.

Belə ki, sistemin yaradılmasında məqsəd “Daşınmaz əmlakın dövlət reyestri haqqında” sənədlərin bu sistemə daxil edilməsi və həmin sənədlərdən istifadə edilməsidir.

Onu da əlavə etdilər ki, bu sistem sənədsiz evlərin deyil, hüquqmüəyyənedici sənədlərin olduğu daşınmaz əmlakların qeydiyyatı prosesinin tam elektronlaşdırılmasını həyata keçirəcək.

Ətraflı Xəzər TV-nin süjetində:


Ən son paylaşılan

ən çox oxunan