Monday, June 9, 2025



ən son paylaşılan

DİQQƏT! Azərbaycanda bu dönərxanada 17 nəfər ZƏHƏRLƏNDİ

Naxçıvanda 17 nəfər dönərdən zəhərlənib.

Lent.az xəbər verir ki, Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən “Kassap Döner” dönərxanasında17 nəfərin qidadan zəhərlənməsi barədə Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzi PHŞ-dən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat daxil olub.

Məlumata əsasən, agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Belə ki, şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb.

Faktla bağlı araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, “Kassap Döner”də bu il mayın 22-də də 7 nəfər dönərdən zəhərlənib.


Ən son paylaşılan

ən çox oxunan