Saturday, June 7, 2025



ən son paylaşılan

Toy mərasiminə SİLAHLI BASQIN: ölən və yaralananlar var

Türkiyədə toy mərasiminə silahlı hücum olub.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Siirt rayonunun Kurtalan qəsəbəsində qeydə alınıb.

Naməlum şəxs odlu silahla toy mərasiminə basqın edərək, atəş açıb. Nəticədə 4 nəfər yaralanaraq, xəstəxanaya aparılıb. Xəstəxanada görülən tədbirlərə baxmayaraq, yaralılardan Adnan Pekgözü xilas etmək mümkün olmayıb.

Polis şadlıq evini mühasirəyə alıb. Hadisəni törədən A.A. saxlanılıb.


Ən son paylaşılan

ən çox oxunan