Saturday, May 24, 2025



ən son paylaşılan

Sakinlərin NƏZƏRİNƏ! Sabah bəzi ərazilərdə qaz olmayacaq

Bakı şəhəri, Xəzər rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər rayonu, Zirə qəsəbəsindəki qaz xəttinin kipliyə sınaq olunması məqsədilə mayın 22-də, saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Zirə qəsəbəsində müvəqqəti fasilə yaranacaq.

Hacıqabul rayonunun bir hissəsində qaz olmayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

“Hacıqabul rayonu, Rəncbər kəndini təbii qazla təmin edən diametri 200 mm-lik PE orta təzyiqli yeraltı qaz xəttində kipliyin sınağı məqsədilə əlaqədar, 22.05.2025-ci il saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Rəncbər kəndində (612 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır”, – deyə məlumatda qeyd olunub.


Ən son paylaşılan

ən çox oxunan