Tuesday, May 6, 2025



ən son paylaşılan

Bakıda tunelə yenə su doldu – VİDEO

Bakıda tunelə yenə su dolub. Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi görüntülər yayıb.

Nazirliyin məlumatında bildirilir ki, gecə saatlarından başlayaraq müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar bəzi ərazilərin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.

Daxil olmuş məlumatlar əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal ərazilərə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər sayəsində Bakı və Gəncə şəhərləri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.


Ən son paylaşılan

ən çox oxunan