Saturday, May 3, 2025



ən son paylaşılan

“O qədər pul var idi ki, səhərə qədər sayıb qurtara bilmirdik. Axırda yığmaq üçün…” – Müğənni Rüfətdən AÇIQLAMA

Müğənni Rüfət Axundov son günlər gündəmdə olan məclisdə sənət adamlarına şabaş verilməsi məsələsinə münasibət bildirib. Milli.Az xəbər verir ki, ifaçı məclilərdən birində ona verilən şabaşdan söz açıb:

“Bu mövzu elədir ki… Danışılası, danışılmayası söz var. Çox şey görmüşəm, amma danışa bilmərəm. Şabaş adidir. Mən pul yağışı görmüşəm. Tək mən yox, Abbas Bağırov da. Elə məclisdə olmuşuq ki, oradakı pulu görsələr huşunu itirərlər. Bir dəfə bir məclisdə idik. Orada o qədər pul var idi ki, səhərə qədər sayıb qurtara bilmirdik. Axırda yığmaq üçün tozsoran gətirdilər. Prodüser Anar Mədətov şahid idi”.  (Axşam.az)

Məqaləyə dair fotomateriallar:


Ən son paylaşılan

ən çox oxunan