Saturday, May 3, 2025



ən son paylaşılan

Bakı metrosunda elektrik kəsildi, qatarlar tuneldə qaldı

“Həzi Aslanov” və “Xalqlar dostluğu” stansiyaları istiqamətindəki şəhər şəbəkəsindən Bakı Metropoliteni” QSC-yə gələn yüksək gərginlikli elektrik xətləri ilə enejinin verilişində məhdudiyyətlər yaranıb.

Bu barədə Lent.az-a Bakı Metropoliteni İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən dərhal həmin istiqamətdən elektrik təchizatını təmin edən Bakı metropoliteninin dizel-generatorları qoşulmaqla qatarların hərəkəti təmin edilir.

 

 

Qatarların hərəkətində qismən gecikmələr müşahidə olunur. Bakı metropoliteninin stansiyaları fəaliyyətini normal iş rejimi şəraitində davam etdirir.

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumata görə, elektrik kəsintisi zamanı qatarlar 10 dəqiqə tuneldə qalıblar.


Ən son paylaşılan

ən çox oxunan