Saturday, May 3, 2025



ən son paylaşılan

“Amerikanı tezliklə yenidən…” – Trampdan AÇIQLAMA

ABŞ prezidenti Donald Tramp Alabama Universitetində keçirilən buraxılış mərasimində çıxış edib. Publika.az xəbər verir ki, Tramp seçkilərdə qalib gəlməyinin ölkə üçün çox vacib olduğunu söyləyib.

O vurğulayıb ki, prezidentliyinin ilk 100 günündə ağıla belə gəlməyən işlər görüb.

Xüsusilə sərhəd təhlükəsizliyi ilə bağlı radikal addımlar atdıqlarını bildirən Tramp qeyri-qanuni immiqrant keçidlərini 99 faiz azaltdıqlarını qeyd edib:

“Xalq uğursuz sistemi rədd etdi, siz bunu seçkidə gördünüz. Biz sonsuz müharibələr, sonsuz borclar, açıq sərhədlər, dağıdıcı inflyasiya, ölkəmizə və onun liderlərinə hörmətsizlik məsələlərinin həllində mühüm addımlar atdıq. Amerikanı tezliklə yenidən möhtəşəm edəcəyik”.

Rəhbərlikdə etdikləri dəyişikliklərdən danışan ABŞ prezidenti çıxışını məzun olan tələbələrə uğurlar arzulayaraq yekunlaşdırıb.


Ən son paylaşılan

ən çox oxunan