Friday, May 2, 2025



ən son paylaşılan

“Hər şey 5 il əvvəl moda müsabiqəsində qalib gələndən sonra başladı.. O vaxtdan mən bu həvəsi inkişaf etdirdim…” – Modeldən ETİRAFLAR – FOTO

Maria Mihalaçe hazırda Rumıniyanın ən perspektivli idmançılarından biridir. Publika.az xəbər verir ki, 21 yaşlı idmançı bu yaxınlarda 60 metr məsafəyə qaçışda 7,26 saniyə nəticə ilə ölkə rekordunu yeniləyib. Bundan əvvəlki 7,29 saniyəlik rekord 29 il ərzində əfsanəvi İonela Tarleaya məxsus idi.

Mihalaçe təkcə sprinter deyil, həm də modada bacarıqlara malikdir.

“Hər şey 5 il əvvəl moda müsabiqəsində qalib gələndən sonra başladı. Getdim, lazımi tarazlığı saxlamağı, dabanlı ayaqqabıda necə yeriməyi öyrəndim. O vaxtdan mən bu həvəsi inkişaf etdirdim və anladım ki, podiumda olmağı xoşlayıram.

Bütün günü dikdabanda dayanmaq və yalnız axşam podiuma çıxmaq çətin olsa da, eyni zamanda böyük həzz verir. Həmişə irəliyə baxmalısan, addım atdığın yerdə aşağı baxa bilməzsən”, – deyə istedadlı idmançı moda sahəsindəki təcrübəsini bölüşüb.

O, Milanda Moda Həftəsində çıxış etmək arzusunda olduğunu da etiraf edir.

Publika.az


Ən son paylaşılan

ən çox oxunan