Tuesday, April 29, 2025



ən son paylaşılan

İt yemi istehsalı ilə məşğul olan şirkət elə bir vakansiya elan etdi ki… – Görənlər TƏƏCCÜB İÇİNDƏ: iylə, saatına 25 dollar qazan

ABŞ-da fəaliyyət göstərən it yemi şirkəti qeyri-adi iş elanı ilə gündəmə gəlib. Milli.Az xəbər verir ki, şirkət itlərin nəfəsini iyləyərək qoxu səviyyəsini qiymətləndirəcək təcrübəçi axtardığını açıqlayıb. Seçiləcək şəxsə saatına 25 dollar ödəniləcək. Şirkətin verdiyi açıqlamada bildirilir:

“Diş sağlamlığını dəstəkləyən xüsusi qidalarımızın itlərdə ağız qoxusuna təsirini qiymətləndirmək üçün qoxu mütəxəssisi axtarırıq” .

İş mahiyyəti qeyri-adi olsa da, elan sosial mediada və iş platformalarında böyük maraq doğurub. Şirkət, elanı yayımladıqdan dərhal sonra yüzlərlə müraciət aldığını bildirib. Ərizəçilərin it sevgisindən əlavə, bu fərqli iş təklifinə olan maraqları da diqqət çəkib.


Ən son paylaşılan

ən çox oxunan