Sunday, April 27, 2025



ən son paylaşılan

Londona uçan təyyarə quşlarla toqquşdu. Göyərtədə tüstülənmə…

Vaşinqtondan Londona uçan “British Airways” aviaşirkətinə məxsus təyyarə quş sürüsüylə toqquşduğuna və göyərtəsində tüstülənməyə görə Bostonda Loqan Beynəlxalq Aeroportuna enib.

Lent.az-ın xəbərinə görə, bu barədə “CBS News” məlumat yayıb.

Vaşinqtondan havaya qalxan “Boeing 777” tipli təyyarə Londonun Hitrou Beynəlxalq Aeroportuna uçmalı olsa da, toqquşmadan sonra Bostona istiqamətləndirilib.

Xəsarət alanlar yoxdur.

Mütəxəssislər təyyarəyə baxış keçirir.


Ən son paylaşılan

ən çox oxunan