Sunday, April 27, 2025



ən son paylaşılan

Hindistan və Pakistan orduları arasında DÖYÜŞLƏR BAŞLADI

Hindistan və Pakistan hərbçiləri Kəşmir sərhəd vadisində toqquşub. Publika.az xəbər verir ki, bu barədə “Times of India” ordunun bəyanatına istinadla məlumat yayıb.

Hindistan Pakistan qüvvələrini Tutmari Qali və Rampur sektorlarına bitişik ərazilərdə Nəzarət Xətti boyunca səbəbsiz atəş açmaqda ittiham edib. Hindistan ordusu hücumun kiçik silahlardan atəşlə qarşılandığını bildirib.

Aprelin 22-də Hindistanın Cammu və Kəşmir bölgəsində terror aktı baş verib: silahlı yaraqlılar Baysaran vadisində turistlərə atəş açıblar. Hücuma görə məsuliyyəti Pakistana bağlı Əfqanıstan Müqavimət Cəbhəsi qruplaşması öz üzərinə götürüb.

Gərginliyin fonunda Hindistan Pakistan vətəndaşlarını ölkədən çıxardığını və Attari sərhəd-keçid məntəqəsini bağladığını elan edib.


Ən son paylaşılan

ən çox oxunan