Thursday, April 24, 2025



ən son paylaşılan

Çin “Boeing” təyyarələrini ABŞ-a geri göndərir: Bu səbəbdən…

Çin hökuməti ABŞ-da yerləşən təyyarə istehsalçısı “Boeing”-dən aldığı bəzi sərnişin təyyarələrini Birləşmiş Ştatlara geri göndərir.

Publika.az xəbər verir ki, bununla bağlı “Boeing” şirkətinin baş direktoru Kelli Ortberq açıqlama verib.

Onun sözlərinə görə, Çin hava yollarına təhvil verilməsi planlaşdırılan iki təyyarə artıq geri geri qaytarılıb. Üçüncü təyyarə isə qısa zamanda geri göndəriləcək.

Ortberq bu il Çinə göndərilməsi planlaşdırılan ümumilikdə 50 təyyarənin tədarüklərinin ləğv edilmə riski ilə üzləşdiyini və çinli müştərilərin onları almaq istəmədiyini qeyd edib.


Ən son paylaşılan

ən çox oxunan