Thursday, April 24, 2025



ən son paylaşılan

Hindistan bu ölkənin bütün vətəndaşlarını ölkədən çıxarır: 48 saat vaxt verildi

Hindistan bütün Pakistan vətəndaşlarını ölkədən çıxarmaq qərarına gəlib.

Publika.az “The Times of India”ya istinadən xəbər verir ki, Kəşmirdəki terror aktından sonra bütün Pakistan vətəndaşlarının ölkədən çıxarılacağı elan edilib.

Əvvəllər Pakistan vətəndaşlarına verilmiş bütün vizalar ləğv edilmiş sayılır.

“Hazırda Hindistanda olan istənilən Pakistan vətəndaşının Hindistanı tərk etmək üçün 48 saat vaxtı var”, – məlumatda deyilir.

Qeyd edək ki, Yeni Dehlidəki Pakistan Ali Komissiyasının müdafiə, ordu, donanma və hava qüvvələri üzrə müşavirləri “persona non qrata” elan edilib. Onların Hindistanı tərk etmək üçün bir həftə vaxtı var.

Ölkələr arasında Attari keçid məntəqəsinin də bağlanacağı bildirilib.


Ən son paylaşılan

ən çox oxunan